RİH başçısı Vətən müharibəsi qazisi mayor Polad Rzayev ilə görüş keçirmişdir
Səbail rayon icra hakimiyyətinin başçısı Vuqar Zeynalov Murov dağı, Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edən Vətən müharibəsi qazisi mayor Polad Rzayev ilə görüş keçirmişdir.
Görüşdə RİH başçısı Vuqar Zeynalov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuz, əsgər və zabitlərimiz düşməni qısa müddətdə məğlubiyyətə uğradaraq şanlı bayrağımızı işğaldan azad edilən bütün Azərbaycan torpaqlarında dalğalandırmağa nail olduqlarını vurğulamışdır: “Qəhrəman şəhid övladlarının canı, qanı bahasına, eləcə də, igid, cəsur əsgər və zabitlərinin cəsarəti, mərdliyi sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin edilmişdir”. Öz adlarını xalqımızın tarixinə əbədi yazan Vətən müharibəsi şəhidlərinin xatirəsi həmişə bizim üçün əziz, uca və yüksək olduğunu RİH başçısı bildirmişdir.
Qeyd edək ki, Vətən müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə XTQ zabiti Polad Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı ordeni, “Füzulinin azad olunması”, “Cəbrayılın azad olunması” və “Qubadlının azad olunması” medalları ilə təltif edilib.