Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi qazisi ilə görüşüb
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi qazisi Əmənov Rəşad Əyyar oğlu ilə görüş keçirmişdir.
Görüşdə Vətən müharibəsi qazisinin qayğı və problemləri ilə maraqlanan RİH başçısı Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər aparıldığını və bu kateqoriyadan olan insanlarla bağlı hazırlanan sosial dəstək paketinin hazırda da davam etdirildiyini bildirmişdir.
Görüş zamanı müalicə və işlə təminat problemlərinin həlli kimi Vətən müharibəsi qazisini narahat edən məsələlərin aradan qaldırılması ilə bağlı RİH başçısı Vuqar Zeynalov tərəfindən aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Füzuli, Cəbrayıl, Qubadlı, Laçın və Xocavənd rayonları istiqamətlərində gedən döyüşlərdə iştirak edərək Vətən müharibəsində yüksək peşəkarlıq göstərən Rəşad Əmənov döyüş xatirələrindən söhbət açmış, ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Rəşad Əmənov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.