Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi veteranları ilə görüş keçirmişdir

11 iyul 2024 | 15:00

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi veteranları ilə görüş keçirmişdir. Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyi bildirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə bu kateqoriyadan olan insanların sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsi olduğunu qeyd etmişdir. Görüşdə müharibə veteranları çıxış edərək şəhid ailələrinin və müharibə iştirakçılarının rifahı və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlərdən, göstərilən dəstəkdən razılıqlarını ifadə edərək, yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər