Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı vətəndaş müraciəti ilə əlaqədar məsələyə yerində baxış keçirib

08 may 2024 | 15:43

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri ilə birgə vətəndaş Mirzəyev Əlisafa Ağa-Mehdi oğlunun müraciəti ilə əlaqədar Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsində məsələyə yerində baxış keçirmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı qəsəbə sakini tərəfindən qaldırılan məsələnin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Vətəndaş ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

Keçidlər