Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsində sakinlərlə görüşü

24 yanvar 2024 | 17:29

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsi, Məktəbli küçəsi 16 ünvanında yerləşən 239 nömrəli tam orta məktəbdə sakinlərlə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak etmişlər.
Görüş zamanı dövlətimizin vətəndaşlarla bağlı apardığı uğurlu siyasətin və görülən işlərin təməlində vətəndaş məmnunluğunun dayandığını bildirən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat vermişdir.
Görüşdə qəsəbə sakinlərinin problemləri ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov onları narahat edən məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər