Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında sakinlərlə görüşü

10 iyul 2023 | 12:29

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında sakinlərlə növbəti dəfə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və sakinlər iştirak etmişlər.

İlk öncə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmişdir.

Görüş zamanı dövlətimizin vətəndaşlarla bağlı apardığı uğurlu siyasətin və görülən işlərin təməlində vətəndaş məmnunluğunun dayandığını bildirən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində, o cümlədən Badamdar qəsəbəsində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, sakinlər tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllininin tapması istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə ətraflı məlumat vermişdir. 

Görüş zamanı qəsəbə sakinlərinin problemləri ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov onları narahat edən məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.

Sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq işlərindən, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər