Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının müavini və RİHBA-nın məsul əməkdaşları şəhidin ailə üzvlərini ziyarət etmişlər

10 yanvar 2025 | 12:29

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova və RİHBA-nın məsul əməkdaşları Leyli Mirzəyeva, Orxan Aydınov və Nicat Quliyev şəhid Həzrətquliyev Fikrət Xanputa oğlunun ailə üzvlərini ziyarət etmişlər. Ziyarət zamanı şəhid Fikrət Həzrətquliyevin keçdiyi döyüş yolundan danışılmış, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılmışdır.
Şəhidin anası Zöhrə xanım və bacısı Rəna Həzrətquliyeva şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Fikrət Həzrətquliyev könüllü olaraq ordu sıralarına yazılmış, Ağdam rayonu uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir. 1993-cü ilin iyun ayında Ağdam rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Keçidlər