Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə iclas keçirildi

01 dekabr 2022 | 15:41

Noyabrın 30-da Səbail Rayon İcra Hakimiyyətində RİH başçısı Vuqar Zeynalovun sədrliyi ilə iclas keçirilmişdir. Tədbirdə RİHB-nın müavinləri və RİHBA-nın əməkdaşları iştirak etmişlər.

Tədbir zamanı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” təltif edilmiş Səbail RİHBA-nın Hüquq şöbəsinin məsləhətçisi Kərimova Sahibə İsmayıl qızına RİH başçısı tərəfindən medalı təqdim olunmuşdur.

Daha sonra RİH başçısı cari ilin noyabrın 14-də Kibergigiyena üzrə keçirilən birinci beynəlxalq konfransda "Kibergigiyena" platformasından aktiv istifadəyə görə Səbail Rayon İcra Hakimiyyətinin, eləcə də platformanın tətbiqində göstərdiyi dəstəyə görə RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Məmmədovanın təşəkkürnamə ilə təltif olunması ilə əlaqədar təbrik etmişdir.

Keçidlər