Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə iclas keçirildi
Səbail rayonunda qanunsuz tikinti və küçə ticarəti ilə mübarizə tədbirləri, məişət tullantılarının daşınması, infrastruktur layihələrinin icra olunması və nəzərdə tutulan yeni abadlıq-quruculuq işləri ilə əlaqədar iclas keçirilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə keçirilən iclasda RİHB-nın müavinləri, RİHBA-nın və SİƏD-lər üzrə nümayəndəliklərin məsul əməkdaşları, bələdiyyə sədrləri və rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Müşavirə zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Yeni İl bayramı ilə əlaqədar qeyri-iş günlərində rayon ərazisinin sanitar vəziyyətinin daima təmiz saxlanılması, məişət tullantılarının vaxtında daşınması, sakinlərin narazılığına səbəb olan neqativ halların aradan qaldırılması, qeyri-qanuni tikinti işlərinin aparılmasına yol verilməməsi və küçə ticarətinin qarşısının alınması ilə bağlı gücləndirilmiş iş rejmində fəaliyyət göstərilməsi barədə aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2023-cü il tarixli dövlət qulluqçularının təltif edilməsi haqqında imzaladığı sərəncama əsasən dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı RİHBA-nın 2 saylı SİƏD üzrə nümayəndəsi Güləhmədov Mübariz Güləhməd oğluna Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən medalı təqdim olunmuşdur.