Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində RİH başçısının sədrliyi ilə müşavirə keçirilib

11 avqust 2023 | 12:11

 Səbail rayonunda qanunsuz tikinti və küçə ticarəti ilə mübarizə tədbirləri, məişət tullantılarının daşınması, infrastruktur layihələrinin icra olunması və nəzərdə tutulan yeni abadlıq-quruculuq işləri ilə əlaqədar müşavirə keçirilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə keçirilən müşavirədə RİHB-nın müavinləri, RİHBA-nın və SİƏD-lər üzrə nümayəndəliklərin məsul əməkdaşları, bələdiyyə sədrləri və rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.

Müşavirə zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən rayon ərazisinin sanitar vəziyyətinin daima təmiz saxlanılması, məişət tullantılarının vaxtında daşınması, sakinlərin narazılığına səbəb olan neqativ halların aradan qaldırılması, qeyri-qanuni tikinti işlərinin aparılmasına yol verilməməsi və küçə ticarətinin qarşısının alınması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər