Rayon İcra Hakimiyyəti başçısının 2022-2023-cü tədris ili ərzində yüksək nailiyyətlər göstərmiş şagird Gülnarə Abdullazadə ilə görüşü
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 2022-2023-cü tədris ili ərzində yüksək nailiyyətlər göstərmiş 51 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Abdullazadə Gülnarə İlqar qızı və məktəbin direktoru Tərlan Bayramova ilə görüş keçirmişdir.
Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu bildirərək, respublikamızda təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması üçün son dövrlər ölkədə xeyli işlər görüldüyünü və bu istiqamətdə həyata keçirilən hər bir islahatın, ilk növbədə, Azərbaycanın xoşbəxt gələcəyinə hesablandığını qeyd etmişdir.
Məktəbin direktoru Tərlan Bayramova istər müəllimlərə, istərsə də şagirdlərə göstərilən hərtərəfli diqqət və qayğıya görə məktəbin müəllimləri və valideynlər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.