RİH başçısı tərəfindən yenidənqurmadan sonra sakinlərin istifadəsinə verilən parka baxış keçirilib
04 iyul 2023 | 11:52
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Bayıl yaşayış massivi, İbrahim Məmmədov küçəsində 2022-ci ilin ikinci yarısında yenidənqurma işlərindən sonra sakinlərin istifadəsinə verilən parka baxış keçirmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların rahat yaşayışının təmin edilməsi ilə əlaqədar Səbail rayonunda aparılan abadlıq və quruculuq işləri çərçivəsində yeni parkların salınmasına, mövcud olanların yenidən qurulmasına və onların mühafizə olunmasına xüsusi diqqət göstərilir.