Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülər təltif olundu

19 avqust 2022 | 12:24

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Rayon İcra Hakimiyyətində könüllülərlə keçdikləri təcrübə müddətinin başa çatması ilə əlaqədar görüş keçirmişdir. Tədbirdə RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları və könüllülər iştirak etmişlər.

Görüşdə Ölkə başçısının gənclərə gösdərdiyi diqqət və qayğıdan söhbət açan RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi qərarından və bu qərarın gənclərin öz potensiallarına inamlarının artmasına mühüm töhfə verməsindən bəhs etmişdir: “Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən vətənpərvərlik məktəbi, dövlətinə, xalqına, milli dəyərlərinə bağlılıq və xidmət örnəyidir.  Ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində könüllülər əvəzsiz rol oynamışdır. Dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş "Dövlət Proqramı"nda dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişini aşılamaq, təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çılxarılmasını dəstəkləmək və könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. “Dövlət Proqramı”nda qeyd olunan vəzifələrin icrası Səbail rayonunda uğurla davam edir”. RİH başçısı 44 günlük Vətən müharibəsində torpaq uğrunda vuruşaraq canlarından keçənlərin böyük əksəriyyətinin gənclərimizindən ibarət olduğunu xüsusilə vurğulamışdır.

Tədbirdə çıxış edən könüllülər iki ay ərzində Səbail Rayon İcra Hakimiyyətində qazandıqları böyük təcrübədən danışaraq bu təcrübənin onların gələcək əmək fəaliyyətləri dövründə çox böyük əhəmiyyət daşıyacağını qeyd etmişlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildirmişlər.

Sonda Səbail Rayon İcra Hakimiyyətində təcrübə keçmiş könüllü gənclərə təşəkkürnamələr təqdim olunmuş və xatirə şəkili çəkdirilmişdir.

Keçidlər