Səbail Rayon İcra Hakimiyyətində “Təcrübə proqramı”nda iştirak edəcək tələbələrlə görüş keçirilib
Səbail Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının sonuncu kurs tələbələri ilə “Təcrübə proqramı”nın təşkil olunması məqsədi ilə görüş keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllim və tələbə heyəti iştirak etmişlər.
Tədbirdə çıxış edən, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova bildirmişdir ki: “Cəmiyyətdə dövlətçilik üçün gərəkli olan bütün proseslərin aparıcı qüvvəsi gənclərdir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətində təhsil əsas prioritetlərdən biridir, yalnız təhsilli, savadlı insanlar ölkəni inkişaf etdirə bilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə ünvanladığı fikirlər dövlətin gənclər siyasətinin mahiyyətinin ifadəsidir: "Gənclər, mən sizə inanıram, güvənirəm". Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi, onların yaradıcı ideyalarının reallaşdırılması üçün münbit şəraitin yaradılması, səylərin birləşdirilməsi olduqca əhəmiyyətlidir”.
Tədbirdə çıxış edən tələbələr yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Görüş zamanı tələbələrin təcrübə proqramının düzgün aparılması istiqamətində müzakirələr aparılmış, elmi rəhbərlərin fikirləri dinlənilmişdir.