Rayon İcra Hakimiyyəti başçısının 20-ci sahə yaşayış massivində sakinlərlə keçirilən görüşü
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda sakinlərin rahat yaşayışının təmin edilməsi, eyni zamanda vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması məqsədilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən 20-ci sahə yaşayış massivi, Y.Mürsəlov küçəsində sakinlərlə görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Görüş zamanı RİH başçısı Vuqar Zeynalov tərəfindən ünvanlara yerindəcə baxış keçirilmiş, qaldırılan məsələlərin qısa zamanda həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, RİHBA-nın fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar isə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanmışdır.
Sakinlər rayon ərazisində aparılan abadlıq və quruculuq işləri çərçivəsində vətandaşlar üçün təhlükəsiz, rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.