Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Badamdarda qəsəbə ağsaqqalları ilə görüş keçirmişdir

13 oktyabr 2022 | 14:40

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsi, Heydər Əliyev parkında sakinlərlə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, qəsəbə ağsaqqalları və ziyalıları iştirak etmişlər.

İlk öncə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ziyarət olunaraq xatirəsi ehtiramla yad edilmişdir.

Görüş zamanı RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində genişmiqyaslı tədbirlərin uğurla həyata keçirməsindən söhbət açaraq ölkəmizdə, o cümlədən Səbail rayonu ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri ilə bağlı yığıncaq iştirakçılarına ətraflı məlumat vermişdir. Qəsəbə ağsaqqalları və ziyalıların dəyərli  fikir və təkliflərini daim dinləməyə hazır olduğunu bildirən RİH başçısı sakinləri narahat edən müxtəlif məsələlərlə əlaqədar problemləri dinləmiş, onların rəy və təkliflərini nəzərə alaraq qaldırılan məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

Görüşdə iştirak edən sakinlər çıxış edərək Badamdar qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə qəsəbə sakinləri adından öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər