Rayon İcra Hakimiyyətinin başçısı Badamdarda qəsəbə sakinlər ilə görüş keçirmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsi, Heydər Əliyev parkında sakinlərlə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri və qəsəbə sakinlər iştirak etmişlər.
İlk öncə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ziyarət olunaraq xatirəsi ehtiramla yad edilmişdir.
Qəsəbə sakinləri, ağsaqqallar və ziyalıların dəyərli fikir və təkliflərini daim dinləməyə daim hazır olduğunu bildirən RİH başçısı Vuqar Zeynalov sakinləri narahat edən müxtəlif məsələlərlə əlaqədar onların problemləri ilə maraqlanmış, qaldırılan məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Rayonun qəsəbələri və yaşayış sahələrində keçirilən görüşlərdə əsas məqsəd Azərbaycan Respublikasının Prezildenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ölkə ərazisində həyata keçirilən irimiqyaslı quruculuq işləri, bütün sahələrdə əldə olunan nailiyyətlər, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində Səbail rayonunda həyata keçirilən sosial layihələr və görülən işlər barədə sakinlərə geniş məlumat vermək, vətəndaşların müraciətlərini dinləmək, irəli sürülən rəy və təkliflərin həyata keçirilməsidir.