Rayon İcra Hakimiyyətinin başçısı RİHBA-nın əməkdaşı Gülnarə Rəhimovanı yubileyi münasibətilə təbrik etmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov uzun illər dövlət qulluğunda səmərəli fəaliyyət göstərmiş RİHBA-nın böyük məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəhimova Gülnarə Yusif qızını yubileyi münasibəti ilə təbrik etmişdir. Yubiley ilə əlaqədar keçirilən tədbirdə RİH başçısının müavinləri və RİHBA-nın əməkdaşları iştirak etmişlər.
Ölkəmizdə dövlət qulluğu sisteminin formalaşmasından, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun rolundan geniş bəhs edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Rəhimova Gülnarə Yusif qızını yubileyi münasibəti ilə təbrik etmiş və məsul fəaliyyətində uğurlar arzulamışdır. Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı prosesində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xatırladan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bu siyasətin Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıraraq bu gün dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun təşkilinin tamamilə yeni prinsiplərə əsaslandığını, dövlətlə vətəndaş arasında inam və etimadın bərqərar olduğunu qeyd etmişdir.
Sonda Gülnarə Rəhimovaya rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə RİH başçısı tərəfindən “Təşəkkürnamə” təqdim olunmuşdur.