Rayon İcra Hakimiyyətinin başçısı şəhid Murad Qurbanovun ailə üzvlərini ziyarət edib
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov , Səbail RİHBA-nın məsul əməkdaşları və şəhid anası Gültəkin Qənbərova Vətən müharibəsi şəhidi Qurbanov Murad Asif oğlunun anası Mehriban Qurbanovanı ziyarət etmişlər.
Görüşdə Səbail RİH başçısı Vuqar Zeynalov şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinin və rifah halının yaxşılaşdırılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın uğurla apardığı sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, ölkə rəhbərliyinin tapşırıq və göstərişləri ilə bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirildiyini qeyd etmişdir.
Şəhidin anası Mehriban Qurbanova şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən bu gün şəhid ailələrinə verilən qiymətin hər kəs üçün bir nümunə olduğunu bildirmişdir.
Vətən müharibəsində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qurbanov Murad Asif oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.