Rayon İcra Hakimiyyəti başçısının Vətən müharibəsi iştirakçısı ilə görüşü
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi iştirakçısı Abdullayev İbrahim Mehman oğlu ilə görüş keçirmişdir. Görüş zamanı Vətən müharibəsi iştirakçısının qayğı və problemləri ilə maraqlanan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər aparıldığını bildirmişdir.
Görüşdə 44 günlük müharibə zamanı xatirələrindən söhbət açan Vətən müharibəsi iştirakçısı vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.