Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaş müraciəti ilə əlaqədar RİHBA-nın məsul əməkdaşları sakinlə görüş keçirmişlər

07 iyul 2023 | 11:06

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, şəffaf fəaliyyətləri sayəsində vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən tədbirlər davam etdirilir.

Görülən tədbirlər çərçivəsində Səbail RİHBA-nın Sosial-iqtisadi inkişаfın təhlili və proqnozlаşdırılmаsı şöbəsinin müdiri Qabil Vahidov, Səbail RİHB-nın 2 saylı SİƏD üzrə nümayəndəsi Mübariz Güləhmədov və Səbail bələdiyyəsinin sədri Hacı Əliyev Badamdar yolu 102 ünvanında yaşayan vətəndaş Sevda İsrafilovanın müraciəti ilə əlaqədar görüş keçirmişlər.

Vətəndaş ona göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Keçidlər