Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində fərdi qaydada keçirilən vətəndaş qəbulu

22 avqust 2023 | 11:36

Vətəndaşların müraciətləri əsasında keçirilən qəbullar çərçivəsində şikayətçi Cavadov Rəşad Mirəbülfəz oğlu işlə təmin olunmasında köməklik göstərilməsi ilə əlaqədar RİH başçısının birinci müavini Vüqar Şixəmmədov tərəfindən fərdi qaydada qəbul edilmişdir. Vətəndaşa işlə təmin olunmasında köməklik göstərilməsi üçün aidiyyəti üzrə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST” İş Mərkəzinə, eyni zamanda Səbail bələdiyyəsinə vətəndaşa birdəfəlik maddi yardım göstərilməsi ilə əlaqədar rəsmi məktublar ünvanlanmışdır. Həmçinin, vətəndaşa aztəminatlı ailələr üçün nəzərdə tutulmuş ərzaq yardımı göstərilmişdir.

Keçidlər