Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə bağlı müşavirə keçirildi

12 yanvar 2024 | 17:14

Yanvarın 12-də Səbail Rayon İcra Hakimiyyətində RİH başçısı Vuqar Zeynalovun sədrliyi ilə gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə bağlı müşavirə keçirimişdir. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şıxəmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, RİHBA-nın şöbə müdirləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və Səbail rayon Mənzil-kommunal Təsərrüfat Birliyinin rəisi iştirak etmişlər.

Müşavirəni giriş sözü ilə açan RİH başçısı Vuqar Zeynalov 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülmüş işlərin vəziyyəti, ayrı-ayrı idarə, müəssisələrin qarşısında duran vəzifələr haqqında geniş məlumat verərək yanvar ayının 13-dən etibarən gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar təhlükəsizlik qaydalarına riayət edilməsi, rayonunun küçə, prospekt, qəsəbələrarası və məhəllədaxili yollarının qardan və buzdan təmizlənməsi, baş verə biləcək hadisələrin qarşısını almaq üçün operativ tədbirlərin görülməsi və görülən işlərin nəticəsi barədə mütəmadi olaraq Rayon İcra Hakimiyyətinə məlumat verilməsini diqqətə çatdırmışdır.

Tədbir zamanı Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev çıxış dərək şəhər təsərrüfatının şaxtalı hava zamanı normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayaraq bütün təsərrüfat obyektlərində, eyni zamanda elm, təhsil və səhiyyə müəssisələrində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin görülməsi, yarana biləcək çatışmazlıqların aradan qaldırılması üçün operativ işlərin aparılması və sakinlərin rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyyə və tapşırıqları diqqətə çatdırmışdır.

Tədbirdə rayonunun küçə, prospekt, qəsəbələrarası və məhəllədaxili yollarının qardan təmizlənməsinə cəlb olunacaq texnikalar barədə və rayonun mərkəzi küçə, prospekt və məhəllədaxili yollarında səkilərin qardan təmizlənməsi işinin təşkili ilə bağlı məlumatlar verilmiş, baş verə biləcək qəzaların vaxtında aradan qaldırılması məqsədi ilə mütəxəssislərdən ibarət fasiləsiz olaraq fəaliyyət göstərən qəza briqadalarının yaradılması, kanalizasiya şəbəkələrinin, baxış quyularının və yağış barmaqlıqlarının işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi, payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş tədbirlər planlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi aidiyyəti qurumlara tapşırılmışdır.

Sonda müvafiq ərazilər üzrə 24 saat növbətçiliklərin təşkil olunması və ərazilərin ciddi nəzarətdə saxlanması tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Keçidlər