Səbail Rayon İcra Hakimiyyətində işin təşkili ilə bağlı səmərəliliyin artırılmasına həsr olunmuş müşavirə keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə Səbail Rayon İcra Hakimiyyətində işin təşkili ilə bağlı səmərəliliyin artırılmasına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri və əməkdaşları iştirak etmişlər.
Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində Platformanın fəaliyyətinin dəstəklənməsi məqsədi ilə keçirilən müşavirədə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Rayon İcra Hakimiyyətinin başçısı aparatında, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və digər aidiyyəti təşkilatlarda təşkil olunmuş tədbirlərdə dövlət qulluqçularına mədəni davranış, ictimai etimad, insanların hüquq və qanuni maraqlarının qorunması və digər etik davranış qayda və prinsiplərə əməl edilməsi ilə əlaqədar tapşırıqlar vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində infrastruktur layihələrinin icra olunması, nəzərdə tutulan yeni abadlıq-quruculuq layihələri, mərkəz ərazilərin sanitar vəziyyətinin yüksək səviyyədə saxlanılması, qanunsuz tikinti işlərinin qarşısının alınması, vətəndaşların mənafeyinin qorunması istiqamətində aparılan ardıcıl işlərdən danışan RİH başçısı Vuqar Zeynalov verilən tapşırıqların vaxtında, düzgün və məsuliyyətlə icra olunması, vətəndaşlar tərəfindən daxil olan müraciətlərə operativ və qısa müddət ərzində baxılması üçün tədbirlərin həyata keçirilməsi, dövlət qulluqçularının məsuliyyətinin artırılması, eyni zamanda idarələrarası sənəd dövriyəsi zamanı uyğunsuzluq və çatışmazlıqlara yol verilməməsi istiqamətində ciddi tapşırıqlar vermişdir.