Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib

27 may 2024 | 16:38

Mayın 27-də Səbail Rayon İcra Hakimiyyətində 28 May - Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavini Kəmalə Həşimova, Bakı şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elnarə Əliyeva, RİHBA-nın məsul işçiləri, Səbail rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və əldə etdiyi nailiyyətlərə görə fərqlənən gənclər iştirak etmişlər.

Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov iştirakçıları “28 may - Müstəqillik Günü” münasibətilə təbrik edərək, bu günün tarixi əhəmiyyətindən danışmış, XX əsrin sonlarında xalqımızın yenidən azadlığa qovuşmasını, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycan Respublikasının müstəqilliyinin əbədi xarakter aldığını vurğulamışdır. Ümummilli Liderin Azərbaycan dövləti və xalqı üçün yazdığı milli dövlətçilik tariximizin ən şərəfli qürur səhifəsi olduğunu diqqətə çatdıran RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti, strateji baxışı, yüksək liderlik keyfiyyətləri ilə ölkəmizin davamlı inkişafının, ərazi bütövlüyünün və regionda yeni geosiyasi reallıqların memarı olmaqla Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yüksəltdiyini qeyd etmişdir.

Sonda 2023-2024-cü tədris ilində idman, mədəniyyət, elm və təhsil sahələrində əldə etdikləri nailiyyətlərə görə fərqlənən gənclər fəxri fərman və sertifikatlarla təltif olunmuşlar.

Keçidlər