Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində Novruz bayramı münasibətilə qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib

19 mart 2024 | 11:47

Səbail Rayon İcra Hakimiyyətində Novruz bayramı münasibətilə qazilər və müharibə iştirakçıları ilə görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, “Vətən fədailərinin hüquqlarının müdafiəsi” İctimai Birliyinin üzvləri, müharibə əlilləri və veteranları iştirak etmişlər.

İlk öncə tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov xalqımızın milli birlik bayramının əhəmiyyətindən danışaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında istər 44 günlük Vətən müharibəsində, istərsə də son antiterror tədbirləri zamanı qazandığımız tarixi qələbələrdə xalqımızın göstərdiyi həmrəyliyin bütün dünyaya sübut olunduğunu bildirmişdir.

Tədbir zamanı çıxış edən müharibə veteranları dövlətin onlara yaratdığı hərtərəfli şəraitə, ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Görüşün sonunda müharibə veteranları ilə Ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilmiş və onlara bayram sovqatları təqdim edilmişdir.

Keçidlər