Səbail Rayon İcra Hakimiyyətində Novruz bayramı münasibətilə tədbir
Səbail Rayon İcra Hakimiyyətində Novruz bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri və əməkdaşları iştirak etmişlər. Tədbir zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov əməkdaşları Novruz bayramı münasibətilə təbrik edərək bildirmişdir ki: “Əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı bu gün xalqımızda xoş əhval-ruhiyyə, qürur hissi yaradır. Artıq dörd ildir Novruz tonqalları işğaldan azad edilmiş torpaqlarımızda alovlandırılır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 18 mart tarixində Xankəndi şəhərində Zəfər meydanında alovlandırdığı bayram tonqalı xalqımızın səbirsizliklə gözlədiyi gün idi”. Tədbir zamanı RİHBA-nın şöbələri arasında Novruz bayramı münasibətilə “Ən yaxşı Novruz xonçası” müsabiqəsi təşkil olunmuşdur.