Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində qazilər və müharibə iştirakçıları ilə görüş keçirilmişdir

06 noyabr 2023 | 17:47

Səbail Rayon İcra Hakimiyyətində 8 Noyabr - Zəfər Günü ərəfəsində qazilər və müharibə iştirakçıları ilə görüş keçirilmişdir.

Görüş zamanı cıxış edən Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyi qeyd edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və göstərişləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsi olduğunu bildirmişdir.

Daha sonra qazilər və müharibə iştirakçıları çıxış edərək dövlətin onlara yaratdığı hərtərəfli şəraitə, ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər