Səbail Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib
Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov Səbail rayonu, Dənizkənarı küçəsi 414, 416, 418 ünvanlarında yaşayan Vətən müharibəsi iştirakçıları ilə görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan RİH başçısının birinci müavini Vüqar Şixəmmədov müharibə iştirakçılarının qayğı və problemləri ilə maraqlanaraq onları narahat edən məsələlərin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Vətən müharibəsi iştirakçıları rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.