Rayon İcra Hakimiyyətinin başçısı Badamdarda qəsəbə ağsaqqalları və sakinlər ilə görüş keçirmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsi, Heydər Əliyev parkında sakinlərlə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, qəsəbə ağsaqqalları və sakinlər iştirak etmişlər.
Qəsəbə sakinləri, ağsaqqallar və ziyalıların dəyərli fikir və təkliflərini daim dinləməyə daim hazır olduğunu bildirən RİH başçısı Vuqar Zeynalov sakinləri narahat edən müxtəlif məsələlərlə əlaqədar onların problemləri ilə maraqlanmış, qaldırılan məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Görüş zamanı Heydər Əliyev parkında sakinlərin, qəsəbə ağsaqqallarını və ahılların asudə vaxtlarının səmərəli keçirməsi üçün onların müraciəti əsasında qapalı məkanın inşa olunması ilə bağlı RİH başçısı tərəfindən qeyd olunan əraziyə yerində baxış keçirilmişdir.
Rayonun qəsəbələri və yaşayış sahələrində keçirilən aktiv görüşlərdə əsas məqsəd Azərbaycan Respublikasının Prezildenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ölkə ərazisində həyata keçirilən irimiqyaslı quruculuq işləri, bütün sahələrdə əldə olunan nailiyyətlər, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində Səbail rayonunda həyata keçirilən sosial layihələr və görülən işlər barədə sakinlərə geniş məlumat vermək, vətəndaşların müraciətlərini dinləmək, irəli sürülən rəy, təklif və arzuların həyata keçirilməsidir.