Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi qaziləri ilə görüş keçirmişdir

02 dekabr 2022 | 14:44

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi qaziləri Oktay Əliyev və Ceyhun Məmmədov ilə görüş keçirmişdir.

Görüş zamanı Vətən müharibəsi iştirak etmiş hər iki qazinin müayinə və müalicəsi ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə ölkəmizdə, o cümlədən Səbail rayonunda şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara və hərbi qulluqçulara dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı göstərildiyini bildirmişdir.

Görüş zamanı Oktay Əliyev və Ceyhun Məmmədovun sosial təminatının yaxşılaşdırılması, həmçinin onları narahat edən problemlərin aradan qaldırılması ilə bağlı RİH başçısı Vuqar Zeynalov tərəfindən aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

Görüşdə Vətən müharibəsi qaziləri Oktay Əliyev və Ceyhun Məmmədov müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər