Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam həyat” aylığı çərçivəsində müarifləndirici tədbir keçirilib

04 noyabr 2022 | 14:29

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Üçüncü Sektor” İctimai Birliyinin təşkilatçılığı ilə Səbail rayonunda yerləşən 7 nömrəli tam orta məktəbdə “Sağlam Həyat” aylığı çərçivəsində sağlam həyat tərzinin təbliği, eləcə də narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı marifləndirmə tədbiri keçirilib. Tədbirdə millət vəkili Vüqar İskəndərov, “Üçüncü Sektor” İctimai Birliyin layihə rəhbəri Nahid Canbaxışlı, Azərbaycan Respublikası Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsin – Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev, Azərbaycan Mətbuat Şurası İdarə Heyyətinin üzvü,“Yeniçağ”media Qrupun rəhbəri Aqil Ələsgər, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “İterpress.az” medianın baş redaktoru Toğrul Allahverdili, Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbənin baş məsləhətçisi Abbasəli Dərbəndli və Səbail RPİ-nin əməkdaşı,polis leytinantı Tərlan Ağayev iştirak etmişlər.
Tədbirin keçirilməsində məqsəd gənc nəslə sağlam həyat tərzinin təbliği,eləcə də narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı marifləndirmə işlərinin aparılması, orta və ali təhsil müəssisələrində narkomaniyaya qarşı maarifləndirici tədbirlərin daha geniş şəkildə təşkil olunmasıdır.

Keçidlər