Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda sağlam həyat tərzi ilə bağlı maarifləndirmə aksiyası keçirilmişdir

09 iyul 2026 | 18:13

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Səbail və Badamdar bələdiyyələrinin dəstəyi ilə rayon ərazisində sağlam həyat tərzinin təbliği və davranış risk amillərinin azaldılması məqsədilə maarifləndirmə aksiyası keçirilmişdir.
Aksiya çərçivəsində rayon sakinlərinə sağlam həyat tərzi və sağlamlığa mənfi təsir göstərən davranış risk amilləri barədə ətraflı məlumat verilmiş, düzgün qidalanma, fiziki aktivliyin artırılması, zərərli vərdişlərdən uzaq durulması və sağlam həyat tərzinin təşviqinə dair maarifləndirici söhbətlər aparılmışdır. Eyni zamanda iştirakçılara mövzu ilə bağlı maarifləndirici bukletlər paylanılmışdır.

Keçidlər