Səbaildə sağlam həyat tərzinin təbliği istiqamətində görüş keçirilib
Səbail rayonu 189-190 nömrəli tam orta məktəbdə yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği məqsədilə şagirdlərlə maarifləndirici görüş keçirilmişdir. Göruşdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva və baş məsləhətçisi Abasağa Dərbəndli iştirak etmişdilər.
Görüşün keçirilməsində məqsəd gənc nəslə sağlam həyat tərzinin təbliği, eləcə də narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı marifləndirmə işlərinin aparılması, orta və ali təhsil müəssisələrində narkomaniyaya qarşı maarifləndirici tədbirlərin daha geniş şəkildə təşkil olunmasıdır.
Şagirdlərə sağlam həyat tərzi ilə bağlı məsləhətləri özundə əks etdirən maarifləndirici bukletlər təqdim olunub.






