Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman oyunu üzrə Səbail rayon birinciliyi keçirilib

30 aprel 2025 | 16:18

Bakı Hərbi Kollecində "Şahin" hərbi-idman oyunlarının Səbail rayon birinciliyi keçirilmişdir. Tədbirdə Səbail RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Orxan Aydınov, RİHBA-nın məsul əməkdaşı Nicat Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin  çağrış şöbəsinin baş zabiti mayor Allahverdi Kərimli, Bakı Hərbi Kollecinin rəisi polkovnik İntiqam Mirzəyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun müdiri Zamin Əhmədov, idarə əməkdaşları, orta ümumtəhsil məktəblərinin hərbi rəhbərləri və şagirdlərdən ibarət Şahin komandaları iştirak etmişlər.
Yarışın Səbail rayon birinciliyinin yekunlarına əsasən, 236 nömrəli tam orta məktəbin komandası birinci yerə, 91 nömrəli tam orta məktəbin komandası ikinci yerə, 203 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülmüşdür.
"Şahin" hərbi-idman oyunlarının hakimlər kollegiyasının yekun  qərarına əsasən məktəblərin komandaları Bakı Şəhər Gənclər və İdman idarəsi tərəfindən müvafiq diplom, fəxri fərman və təşəkkürnamələrlə təltif olunmuşlar.

Keçidlər