Şriftin ölçüsü :

Saytın rəngi :

Şahin hərbi-idman oyununun Səbail rayon birinciliyi keçirilib

06 may 2026 | 14:45

Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecində “Şahin” hərbi-idman oyununun Səbail rayon birinciliyi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi Nicat Quliyev, Səbail rayon Gənclər və İdman sektorunun müdiri Zamin Əhmədov və digər nümayəndələr iştirak edərək tədbirin təşkilinə və keçirilməsinə verdikləri töhfələrə görə bütün iştirakçılara təşəkkürlərini bildirmişlər.
Ardınca “Şahin” hərbi-idman oyununa start verilib. Yarışın nəticələrinə əsasən, hakimlər heyətinin qərarı ilə:
I yerə – 236 nömrəli tam orta məktəb;
II yerə – 91 nömrəli tam orta məktəb;
III yerə – 203 nömrəli tam orta məktəb layiq görülüb.

Keçidlər