Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman oyununun Səbail rayon mərhələsi keçirilib

15 aprel 2024 | 17:51

Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına hərbi liseydə şagirdlərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə “Şahin” hərbi-idman oyununun Səbail rayon mərhələsi keçirilmişdir. Tədbirdə Cəmşid Naxçıvanski adına hərbi liseyin ideoloji və mənəvi-psixoloji təminat üzrə rəis müavini polkovnik-leytenant Vüsal Sevxanov, Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şahin Talıbov, BŞGİİ-nin Səbail rayonu üzrə gənclər və idman sektorunun müdiri Zamin Əhmədov, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nicat Quliyev, rayonun ümumtəhsil müəssisələrinin direktorları, şagird və müəllim heyəti iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.

Səbail rayonunu təmsil edən orta ümumtəhsil məktəbləri üzrə 210 şagirdin iştirak etdiyi yarışda qalib komandalar kubok və diplomlarla təltif olunmuşlar.

Keçidlər