Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərə yerində baxış keçirilmişdir

12 may 2023 | 12:23

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, şəffaf fəaliyyətləri sayəsində vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən tədbirlər davam etdirilir.

Görülən tədbirlər çərçivəsində RİH başçısı tərəfindən cari ilin 8 may tarixində keçirilən səyyar qəbul zamanı sakinlər tərəfindən qaldırılan və nəzarətə götürülən məsələlərin həlli ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun tapşırığına əsasən RİH başçısının birinci müavini Vüqar Şixəmmədov, RİHBA-nın məsul əməkdaşları və MKİS rəhbərləri ilə birgə yerlərdə baxışlar keçirmişdir.

Sakinlər yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər