Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail bələdiyyəsinin sədri sakinlərin müraciətləri ilə əlaqədar məsələlərə yerində baxış keçirmişdir

05 oktyabr 2024 | 13:37

Səbail bələdiyyəsinin sədri Hacı Əliyev RİH başçısının 2 saylı SİƏD üzrə nümayəndəsi Mübariz Güləhmədov və bələdiyyənin əməkdaşları ilə birgə sakinlərin müraciətləri ilə əlaqədar məsələlərə yerində baxış keçirmişlər. Görüşdə sakinlər həyətlərin abadlaşdırılması, məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi və digər yerli əhəmiyyətli sosial problemlərlə bağlı müraciət etmişlər. Sözügedən problemlərinin həlli istiqamətində müvafiq işlər görülmüş, bələdiyyənin fəaliyyət dairəsinə aid olmayan məsələlər ilə əlaqədar isə müvafiq qurumlara rəsmi müraciətlər ünvanlanmışdır.

Keçidlər