Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin müraciətləri operativ qaydada həll olunmuşdur

20 avqust 2022 | 13:07

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, şəffaf fəaliyyətləri sayəsində vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində mütəmadi olaraq RİH başçısı tərəfindən qəbullar həyata keçirilir, eyni zamanda digər xidmət sahələrinin nümayəndələrinin iştirakı ilə görüşlər təşkil olunur.

RİH başçısı tərəfindən keçirilmiş səyyar qəbulda Z.Əliyeva küçəsi 23, 24 və 25 ünvanları qarşısında təhlükəli vəziyyətdə olan ağacların budanması və ya kəsilməsi barədə sakinlərin müraciəti əsasında sözügedən ünvana yerindəcə baxış keçirmiş və qaldırılan məsələnin qısa zamanda həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciətlər ünvanlanmışdır. Avqustun 19-da aidiyyəti qurumlar tərəfindən sözügedən ünvanda təhlükəli vəziyyətdə olan ağacların budanması işləri həyata keçirilmişdir.

Vətəndaşların istəyini nəzərə alaraq müraciətlərinə dərhal münasibət bildirilməsini razılıq hissi ilə qarşılayan sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər