Elçin Əzizov və Yüzbəy Mürsəlov küçələrində yaşayan sakinlərlə görüş keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda aparılan abadlıq və quruculuq işləri çərçivəsində sakinlərin rahat yaşayışını təmin edilməsi, eyni zamanda vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması məqsədilə RİHBA-nın məsul əməkdaşları, ərazi icra nümayəndəsi, bələdiyyə sədri, rayonun idarə, müəssisə və xidmət sahələrinin nümayəndələri 20-ci sahə yaşayış massivi, Elçin Əzizov və Yüzbəy Mürsəlov küçələrində sakinlərlə görüş keçirilmişlər.
Görüşdə sakinlər yolların təmir olunması, su və kanalizasiya xətlərinin yenilənməsi, işlə təminat və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüş, RİHBA-nın fəaliyyət dairəsinə aid olmayan müraciətlərin isə müvafiq qurumlara ünvanlanaraq qeydiyyata alınmışdır.
Sakinlər rayon ərazisində aparılan abadlıq və quruculuq işləri çərçivəsində vətandaşlar üçün təhlükəsiz, rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.