Şriftin ölçüsü :

Saytın rəngi :

20-ci sahə yaşayış massivi, Salyan yolu küçəsinə yeni asfalt örtüyünün salınması işləri davam etdirilir

24 yanvar 2023 | 15:31

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda sakinlərin rahat yaşayışını təmin edilməsi, eyni zamanda vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması məqsədilə aparılan abadlıq və quruculuq işləri davam edir.

Görülən işlər çərçivəsində sakinlər tərəfindən edilən müraciətlər əsasında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20-ci sahə yaşayış massivi, Salyan yolu küçəsi dalan 4 ünvanında yeni asfalt örtüyünün çəkilməsi işləri həyata keçirilmişdir. Sözügedən ünvanda 1 000 kv.metr sahədə əsaslı təmir işləri aparılaraq yeni asfalt örtüyü salınmışdır.

Sakinlər rayon ərazisində aparılan abadlıq və quruculuq işləri çərçivəsində vətandaşlar üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər