Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Bələdiyyəsi tərəfindən Bayıl yaşayış massivində sakinlərlə görüş keçirilib, müraciətlər dinlənilib

12 avqust 2026 | 16:04

Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev, bələdiyyə üzvləri, məsul əməkdaşları və rayonun kommunal xidmət sahələrinin nümayəndələri ilə birlikdə vətəndaşların qəbulu və yerlərdə mövcud problemlərin öyrənilməsi məqsədilə növbəti görüşlərini keçirib. Görüşlər Bayıl yaşayış massivi, Əlibəyov qardaşları və Əli Nəzmi küçələrində baş tutub. Sakinlərin bələdiyyənin fəaliyyət dairəsinə aid olan və digər sosial-məişət xarakterli müraciətləri fərdi qaydada dinlənilib. Qaldırılan məsələlərin mərhələli şəkildə aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları ilə birgə müvafiq tədbirlərin görülməsi qərara alınıb və müraciətlər nəzarətə götürülüb.

Keçidlər