Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail gəncləri “Bakı Marafonu 2022”də iştirak edib

15 may 2022 | 11:26

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında “Bakı Marafonu - 2022” keçirilmişdir. Sayca beşinci dəfə keçirilən Bakı marafonunda 15 minə yaxın iştirakçı qeydiyyatdan keçmişdir. Marafonda Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Şahin Talıbov, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini müvvəqəti icra edən Elnarə Əliyeva və Səbail gəncləri iştirak etmişlər.
Yarışa Dövlət Bayrağı Meydanından başlayan iştirakçılar Dənizkənarı bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi – Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi -Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, Cavanşir körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti (Hökumət evi, Muzey Mərkəzi, Kukla teatrı, Qız qalası, “Azneft” dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) yürüşü Dövlət Bayrağı Meydanında başa çatdırmışlar.
Qeyd edək ki, 2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

Keçidlər