Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail gəncləri üçün “Şöhrət” muzeyinə ekskursiya təşkil olunmuşdur

24 may 2024 | 14:18

Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə mayın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə ekskursiya təşkil olunmuşdur. Ziyarət zamanı Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, Səbail rayonu üzrə gənclər və idman sektorunun müdiri Zamin Əhmədov, şöbə və sektor əməkdaşları, eyni zamanda Səbail gəncləri müzeylə tanış olmuşlar.

Ziyarətçilər “Şöhrət” muzeyində dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olmuş, eyni zamanda  “Şöhrət” muzeyinin eksponat və stendlərində olan unikal sənədlər, arxiv materialları Heydər Əliyevin həyat və fəaliyyətini, mənalı və şərəfli ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən təhlükəsizlik orqanlarındakı xidmət dövrü haqqında məlumatlandırılmışdırlar. Sonda iştirakçılar xatirə şəkili çəkdirmişdirlər.

Keçidlər