Səbail Rayon Ağsaqqallar Şurasının hesabat iclası keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətində Səbail Rayon Ağsaqqallar Şurasının illik hesabat iclası keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, RİH başçısının müavini Kəmalə Həşimova, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, rayon ağsaqqalları və ziyalıları iştirak etmişlər.
İlk öncə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətdən, uğurlu ordu quruculuğundan, ölkəmizin bütün sahələrdə davam edən hərtərəfli inkişafından və ölkənin ictimai-siyasi həyatında ağsaqqalların daşıdığı əhəmiyyətli rolundan bəhs edərək milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ağsaqqallarımızın əməyinin danılmaz olduğunu qeyd etmişdir.
Tədbir zamanı çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov Ümummilli lider Heydər Əliyevin ağsaqqallara verdiyi yüksək qiymətdən, hazırda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallarımıza və ziyalılarımıza göstərdiyi yüksək diqqət və qayğıdan danışmış, həmçinin ağsaqqalların üzərinə düşən vəzifələrdən, gənclərin xalqa, dövlətə sədaqət ruhunda, zərərli təsirlərdən uzaq olan sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara daim böyük ehtiyacın olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra Rayon Ağsaqqallar şurasının sədri Baba Bayramlı illik fəaliyyətlərindən və gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat vermiş, Səbail rayonunda şəhid ailələrinin, qazilərin daim diqqət mərkəzində saxlanıldığını və ağsaqqalların da bu nəcib işlərdə yaxından iştirak etdiyini vurğulamışdır.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.