Səbail Rayon İcra Hakimiyyəti ən fəal dövlət orqanı kimi təltif olundu
Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük yekunlarına dair dəyirmi masa keçirilib. E-Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən və Açıq Hökumət Platforması ilə əməkdaşlıq şəraitində icra edilən layihə çərçivəsində həyata keçirilir. Dövlət qurumlarının, QHT-lərin və mətbuatın iştirakı ilə keçirilən dəyirmi masada 2022-ci ilin dekabr- 2023-cü ilin fevral ayları ərzində Platformaya daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlər müzakirə edilib.
Rübün nəticələrinə görə 19 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılması və bu müraciətlərdə qeyd olunan problemlərin həllində fəal olub və onlara müvafiq təltiflər təqdim olunub.
O cümlədən Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı Vaqif Əsədova RİH tərəfindən vətəndaş müraciətlərinin həllində göstərilən fəallığa görə Səbail Rayon İcra Hakimiyyətinə ən fəal dövlət orqanı kimi edilmiş təltif təqdim olunmuşdur.