Səbail Rayon İcra Hakimiyyətində işin təşkili ilə bağlı səmərəliliyin artırılmasına həsr olunmuş müşavirə keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə Səbail Rayon İcra Hakimiyyətində işin təşkili ilə bağlı səmərəliliyin artırılmasına həsr olunmuş müşavirə keçirilmişdir. Tədbirdə RİHB-nın müavinləri, RİHBA-nın əməkdaşları, sahə inzibati ərazi dairələr üzrə başçının nümayəndələri və digər xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Müşavirədə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Rayon İcra Hakimiyyətinin başçısı aparatında, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və digər aidiyyati təşkilatlarda təşkil olunmuş tədbirlərdə dövlət qulluqçularına mədəni davranış, ictimai etimad, qərəzsizlik, insanların hüquq və qanuni maraqlarının qorunması və digər etik davranış qayda və prinsiplərə əməl edilməsi ilə əlaqədar tapşırıqlar vermişdir. Dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamında qeyd olunan strategiyanın əsas məqsədlərini diqqətə çatdıran Rayon İcra Hakimiyyətinin başçısı tədbir iştirakçılarına vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, şəffaf fəaliyyətləri sayəsində vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar müşavirədə iştirak edənlərə tapşırmışdır.
O cümlədən, RİH başçısı verilən tapşırıqların vaxtında, düzgün və məsuliyyətlə icra olunması, vətəndaşlar tərəfindən daxil olan müraciətlərə operativ və qısa müddət ərzində baxılması üçün tədbirlərin həyata keçirilməsi, eyni zamanda idarələrarası sənəd dövriyəsi zamanı uyğunsuzluq və çatışmazlıqlara yol verilməməsi istiqamətində ciddi tapşırıqlar vermişdir.
Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə RİH tərəfindən yerlərdə mütəmadi olaraq təşkil olunan səyyar qəbulların digər təşkilat və xidmət sahələrinin rəhbərləri tərəfindən də həyata keçirilməsi barədə göstəriş verən RİH başçısı səyyar qəbullar zamanı sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər nəzarətdə saxlanılması və operativ həll olunması istiqamətində öz tövsiyələrini vermişdir.