Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə müşavirə keçirilmişdir

07 iyul 2023 | 16:11

Səbail rayonunda qanunsuz tikinti və küçə ticarəti ilə mübarizəyə, ictimai iaşə obyektlərinə müasir tələblərə cavab verən havalandırma sistemlərinin quraşdırılmasına, gecə saatlarında sözügedən müəssisələr tərəfindən səsgücləndiricilərdən istifadə edilməsinin qarşısının alınmasına, eyni zamanda açıq sahələrdə yanğınların qarşısının alınması ilə əlaqədar quru ot sahələrinin təmizlənməsinə, məişət tullantılarının daşınmasına və bir sıra digər məsələlərə həsr olunmuş müşavirə keçirilmişdir. Səbail Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalovun sədrliyi ilə keçirilən müşavirədə  RİHB-nın müavinləri, RİHBA-nın və SİƏD-lər üzrə nümayəndəliklərin məsul əməkdaşları, bələdiyyə sədrləri və rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.

Müşavirə zamanı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən rayon ərazisinin daima təmiz saxlanılması, məişət tullantılarının vaxtında daşınması, qeyri-qanuni tikinti işlərinin aparılmasına yol verilməməsi, küçə ticarətinin qarşısının alınması, eyni zamanda sakinlərin narazılığına səbəb olan bütün neqativ halların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər