Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilib

12 sentyabr 2025 | 15:40

Səbail Rayon İcra Hakimiyyətində şəhidlərin ailə üzvləri ilə görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHBA-nın şöbə müdiri Qabil Vahidov və şəhidlərin ailə üzvləri iştirak etmişlər.
Görüş zamanı şəhidlərin ailə üzvlərinin qayğıları ilə maraqlanan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini və bu istiqamətdə görülən işlərin sistemli və ardıcıl xarakter daşıdığını bildirmişdir.
Görüşdə şəhidlərin ailə üzvləri onlara daim qayğı ilə yanaşan Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər